28 İyun 08:22
766
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda zəlzələ olub.

Bu barədə Teleqraf.com Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Zəlzələlərin tətqiqatı bürosunun məlumatına əsasən Lerik stansiyasından 27 km şərqdə Lerik rayonunda zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 5 bala yaxın, ətraf rayonlarda Lerik , Lənkəran , Astara , Yardımlı , Masallı , Cəlilabad rayonlarında 4 bal , digər rayonlarda 3 bal gücündə hiss olunub.

07:47

Azərbaycanın cənub bölgəsində 5 maqnitudalı (ML) zəlzələ olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

"Talış Dağlıq zonasında zəlzələ qeydə alınmışdır", – məlumatda qeyd olunub.

Yeraltı təkanların yerli vaxtla saat 07:43-də qeydə alındığı diqqətə çatdırılıb.


Müəllif: Teleqraf.com