Rusiyanın tanınmış azərbaycanlı hüquqşünası Elman Paşayev Ukraynada silahlı qüvvələrinin açdığı atəş nəticəsində növbəti dəfə yaralanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə SHOT Teleqram kanalı məlumat yayıb.
Bildirilib ki, Paşayev Marinka yaxınlığında avtomobillə hərəkətdə olarkən atəşə məruz qalıb.
Ona qapalı kəllə-beyin travması, beyin silkələnməsi, döş qəfəsinin əzilməsi diaqnozu qoyulub.
Qeyd edək ki, E.Paşayev bundan öncə də Ukraynanın işğal altındakı ərazilərinə səfər edərkən yaralanmışdı.