24 İyul 21:02
354
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Hərbi Hava Qüvvələrinə məxsus “Eurofighter Typhoon” tipli döyüş təyyarəsi Avstraliyada təlim zamanı qəzaya uğrayıb.

Teleqraf.com xarici KİV-lərə istinadən xəbər verir ki, döyüş təyyarəsi “Pitch Black 24” hərbi təlimi zamanı qəzaya uğrayıb.

Pilotun paraşütlə tullanaraq sağ qaldığı və səhhətinin yaxşı olduğu bildirilib. Təyyarənin qəzaya uğrama səbəbi hələlik məlum deyil.


Müəllif: Arzu

Oxşar xəbərlər