24 İyul 22:23
410
12 Punto 14 Punto 16 Punto 18 Punto

Panamanın cənub-şərqində - Kolumbiya ilə sərhəddə yerləşən Daryen cəngəlliyini keçmək istəyən azı 10 miqrant çayda boğulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Panama Milli Sərhəd Xidməti məlumat yayıb.

Məlumata əsasən, hökumətin qeyri-qanuni miqrantların axınını daha böyük müdafiəni təmin edən humanitar dəhlizə yönəltmək cəhdlərinə baxmayaraq, transmilli mütəşəkkil cinayətkar şəbəkələr yerli əlaltılarının köməyi ilə qanunsuz keçidlərdən istifadə edərək insanların həyatını ciddi riskə atırlar.

Qeyd olunur ki, miqrantlar üçün xüsusi təchiz olunmuş keçid onları müdafiə və humanitar yardım üçün ixtisaslaşmış patrulların xidmət etdiyi Kanyas Blankas bölgəsinə aparır.


Müəllif: Arzu

Oxşar xəbərlər