24 İyul 21:43
1 089
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çaylarda faktiki vəziyyət açıqlanıb.

Teleqraf.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin iyulun 24-ü saat 21:00-a olan məlumatına əsasən, regionlarda yağan intensiv yağıntılarla əlaqədar hazırda Qəbələ rayonu ərazisindən axan Tikanlıçaydan sel keçir.

Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev çaylarda baş verə biləcək daşqınlarla əlaqədar çay sahilində yaşayan və istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib:

“Vətəndaşlara mümkün qədər çayların sahilindən uzaq, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini və dərhal ərazini tərk etmələrini tövsiyə edirik”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər