25 İyul 01:42
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəkidə qolunu şüşə kəsən 34 yaşlı kişi xəstəxanada vəfat edib.

Teleqraf.com xəbər verir ki,1990-cı il təvəllüdlü Babayev Pərviz Fərhad oğlu ötən gün saat 20 radələrində yaşadığı evdə sərxoş vəziyyətdə pəncərəyə əli ilə zərbə endirib.

Nəticədə şüşə onun qolunu kəsib. 34 yaşlı kişi xəstəxanaya çatdırılıb, lakin tibbi yardımlara baxmayaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Mənbə/Report

Oxşar xəbərlər