Ukraynada Ali Radanın keçmiş deputatı İrina Farionun qətlinə görə məsuliyyəti Nasional Sosializm ("White Power") neonasist qruplaşması öz üzərinə götürüb.
Teleqrafr.com xəbər verir ki, bu barədə Ukraynanın "Country Politics" nəşri məlumat yayıb.
Nəşr qeyd edib ki, qruplaşma qətl anını əks etdirən qısa video yayımlayıb. Ukrayna mediası bunu hadisə yerindən digər görüntülərlə müqayisə edib və uyğun məqamlar tapıb.
Qruplaşma Farionu “daxili düşmən” adlandırıb və bildirib ki, qətlin motivi “Ukrayna cəmiyyətində linqvistik zəmində nifrətin qızışdırılmasıdır”.
Radanın keçmiş deputatı iyulun 19-da evinin yaxınlığında güllələnib, həkimlər onu xilas edə bilməyiblər.