25 İyul 09:20
346
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə şəhərin H.Əliyev prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “VAZ-21015” markalı avtomobil anidən idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb.

Qəza nəticəsində Salyan şəhər sakinləri, 1998-ci il təvəllüdlü Babayev Elnur Elman oğlu və 2001-ci il təvəllüdlü Məmmədov Əlikram Əli oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Xəsarət alanlar Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər