Məktəbli qız tətil üçün getdiyi istirahət mərkəzində köpək balığın hücumuna məruz qalıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, hadisə ABŞ-da baş verib.
Yay üçün Belizdə istirahət edən Karlson ailəsi Karib dənizində dalğıc turuna çıxıb. 15 yaşlı Annabelle və ailəsi mərcanlara baxmaq üçün avadanlıqla dənizə giriblər. Qız daha sonra gəmiyə çıxıb, dalğıc kostyumunu çıxarıb və sahilə qayıtmazdan əvvəl üzmək üçün suya tullanıb . Bu zaman Annabelle köpək balığının hücumuna məruz qalıb.
Qız yırtıcı ilə mübarizə apararaq sudan çıxmağı bacarsa da, ağır yaralanıb.