Amerikalı teleaparıcı və prodüser Yaniv Şulman qəzaya uğrayıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, o, bu barədə İnstaqram hesabında məlumat yayıb.
39 yaşlı aparıcının sözlərinə görə, qəza övladını məktəbdən götürmək üçün velosipedlə gedərkən baş verib. Yük maşını idarəetməni itirərək yol kənarı ilə velosiped sürən teleaparacının üstündən keçib.
"Boynumu sındırdım. Sınıq kritik olmadığı ortaya çıxdı, mən iflic deyiləm. Həkimlərdən oxşar zədəsi olan nə qədər insanın bir daha yeriyə bilməyəcəyini eşidəndə özümə yazığım gəldi".