31 Avqust 19:02
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avqustun 17-də Türkiyədə yoxa çıxan rus turist Natalya Somovanın meyiti tapılıb.

Teleqraf.com yerli mətbuata istinadla xəbər verir ki, qadının meyiti dənizdən tapılıb.

Məlumatda deyilir ki, avqustun 17-də Muğlanın Marmaris rayonunda oteldən çıxan və geri qayıtmayan rusiyalı turist 48 yaşlı Natalya Somovanın axtarışları nəticəsində əvvəlcə onun mobil telefonu, daha sonra isə cansız bədəni tapılıb.

Qeyd edilir ki, Somova avqustun 11-də Moskvadan məzuniyyətə gəlib və avqustun 19-da evə qayıtmalı idi.


Müəllif: Arzu

Oxşar xəbərlər