Almaniyanın qərbindəki Duisburq şəhərində (Şimali Reyn-Vestfaliya federal torpağı) kimya zavodunda yanğın baş verib, təxminən 110 yanğınsöndürən alovla mübarizə aparır.
Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, yanğın müəyyən edilməmiş səbəbdən sink sulfat istehsalı şöbəsində qeydə alınıb. Zavod avtomobil sənayesi, əczaçılıq üçün məhsulların istehsalı və tədarükü ilə məşğul olan “Grillo” konserninin mülkiyyətindədir.
Yanğın zamanı xəsarət alanların olmadığı deyilir.