11 Sentyabr 11:36
589
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi müğənni Kərim Abbasovun döyülməsi ilə bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, sentyabrın 10-da axşam saatlarında paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş vermiş insidentlə bağlı qarşılıqlı şikayətlər əsasında ərazi polis orqanında təhqiqat araşdırması başlanılıb:

“Tərəflərin ərizə və izahatları alınıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub. Hazırda araşdırma davam etdirilir” – deyə məlumatda bildirilir.

Qeyd edək ki, hadisə paytaxtın Nizami rayonu ərazisində yerləşən şadlıq evlərindən birində baş verib.

Sənətçi qatıldığı toy şənliyində döyülüb. Ancaq hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Toyda baş verən insidentdə iştirak edən bir neçə nəfəri polis saxlayıb.

Müğənni Kərim Abbasov mahnıları fonoqram ifa etdiyi üçün məclis sahibinin narazılığına səbəb olub və bundan sonra tərəflər arasında mübahisə baş verib.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər