15 Sentyabr 20:15
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda fabrikdə baş vermiş partlayışda yaralananların sayı 28 nəfərə çatıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sakarya valisi Yaşar Karadeniz bildirib.

Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.

Vali yaralılardan 6-sının vəziyyətinin ağır olduğunu bildirib.

Hadisə ilə bağlı araşırdırmalara başlanılıb.

***

Türkiyənin Sakarya şəhərinin Hendek rayonunda un məmulatları zavodunda partlayış olub.

Teleqraf.com xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.

Partlayışda 20 nəfərin yaralandığı bildirilir.

Hadisənin baş vermə səbəbləri hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər