Goranboy rayonunun Veyisli kəndində ümumi sahəsi 95 m² olan kürsülü, birmərtəbəli 2 otaqlı evin mətbəxinin yanar konstruksiyaları və içərisində olan ev əşyaları 20 m² sahədə yanıb.
Teleqraf.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yanğın zamanı 6 aylıq Ö.Məmmədov xəsarət alıb. Müxtəlif dərəcəli yanıq xəsarətləri alan körpə Gəncə şəhərində yerləşən xəstəxanlardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Faktla bağlı araşdırma aparılır.