18:22
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya səfirinin olduğu nümayəndə heyətini müşayiət edən maşın minaya düşüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya diplomatik missiyası məlumat yayıb.

Bildirilib ki, bu gün Albert Xorev bir neçə digər diplomatla birlikdə İslamabad Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilmiş turizm sammitində iştirak edib.

“Müşayiət avtomobili Hayber-Paxtunxva əyalətinin Minqora şəhərindən hotelə gedərkən minaya düşüb, nəticədə bir neçə polis əməkdaşı yaralanıb”, – məlumatda deyilir.

Qeyd olunub ki, diplomatlar hadisə sonucunda xəsarət almayıblar.

Pakistan Xarici İşlər Nazirliyi öz növbəsində açıqlayıb ki, öndə gedən kəşfiyyat dəstəsinin polis maşını əldəqayırma partlayıcı qurğuya düşüb, nəticədə polis əməkdaşları həlak olublar.

“Diplomatik korpusun bütün üzvləri İslamabada sağ-salamat qayıdıblar”, – nazirlik diqqətə çatdırıb.







Müəllif: Arzu

Oxşar xəbərlər