Aktivistlər Londonda Van Qoqun "Günəbaxan" əsərinin üstünə şorba töküblər.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, bu barədə "Just Stop Oil" təşkilatı məlumat yayıb.
Təşkilatın yaydığı açıqlamaya görə, etiraz aksiyasının səbəbi bugün məhkəmənin təşkilatın 2 üzvü barəsində çıxardığı həbs qərarıdır.
Qeyd edək ki, London məhkəməsi bugün "Just Stop Oil" təşkilatının iki üzvü - Phoebe Plummer və Anna Holland barəsində həbs qərarı verib. İki aktivist 2022-ci ildə an Qoqun "Günəbaxan" əsərinə hücum edib.