13 Oktyabr 09:06
1 076
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Yakutiya vilayətin Olekminski rayonunda "Borus" aviaşirkətinə məxsus təyyarə təcili eniş edib, nəticədə bir nəfər ölüb.

Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Olekminsk şəhərindən 1,5 km aralıda baş verib. Təyyarədə beş nəfər olub. Onlardan üçü ekipaj üzvü və iki nəfər isə sərnişin olub. Təcili eniş edən təyyarə "An-3" modelidir. .

İlkin məlumata görə, hadisəyə səbəb mühərrikin dayanması olub. Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlayıb


Müəllif: Arzu

Oxşar xəbərlər