Füzuli Şəhəri Günü atəşfəşanlıqla yekunlaşıb.
Teleqraf.com xəbər verir ki, günboyu davam edən silsilə tədbirlərin ardınca Füzuli şəhəri 1-ci yaşayış məhəlləsinin ərazisində bayram təntənəsi yaşanıb.
Sakinlərin və Füzuli şəhərinin qonaqlarının iştirakı ilə yekunlaşan gecənin sonunda Müslüm Maqomayevin ifasında səsləndirilən "Odlar ölkəsi" mahnısının sədaları altında atəşfəşanlıq olub.