17 Oktyabr 13:35
359
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı şəhəri, Xətai rayonu ərazisində torpaq sürüşməsi olub.

Teleqraf.com xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Geoloji Kəşfiyyat Agentliyinin idarə heyətinin sədri Əli Əliyev məlumat verib.

O bildirib ki, hazırda Agentliyin mütəxəssisləri hadisə yerindədir:

"Ərazidə araşdırma və monitorinqlər aparılır, nəticələr barədə məlumat veriləcək".

Ə.Əliyev, həmçinin məlumat verib ki, son günlər ölkə ərazisində müşahidə olunan yağmurlu hava şəraitindən sonra bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər