Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhəri, 28-ci məhəllə ünvanında vətəndaşın köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
Teleqraf.com xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, vətəndaş doqquzmərtəbəli yaşayış binasında yuxarı mərtəbədən binanın 2-ci mərtəbəsində yerləşən mənzilin eyvanına yıxılaraq köməksiz vəziyyətdə qalıb.
Xilasedicilər köməksiz vəziyyətdə qalmış vətəndaşı mənzilin qapısının bağlı olması səbəbindən xərəklə eyvandan düşürərək təcili tibbi yardım briqadasına təhvil veriblər.