21 Oktyabr 01:09
257
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Muğla vilayətinin Menteşe rayonunda elektrik naqillərindən qaynaqlandığı müəyyən edilən meşə yanğını üç gündür davam edir.

Teleqraf.com xəbər verir ki, yanğın oktyabrın 18-də saat 03:30-da Turnalıda başlayıb.

313 personalın iştirak etdiyi yanğınsöndürmə işlərinə Böyükşəhər Bələdiyyəsi Xilasetmə Müdirliyi qruplarının da dəstəyi ilə 16 vertolyot və 8 təyyarə cəlb edilib. Hələlik yanğını nəzarət altına almaq mümkün olmayıb.


Müəllif: Teleqraf.com