02:14
12 Punto 14 Punto 16 Punto 18 Punto

Vanuatuda 6,2 bal gücündə zəlzələ baş verib.

Teleqraf.com xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Yeraltı təkanların episentri təxminən 35,9 min nəfər əhalisi olan Port Villa şəhərindən 27 km şimal-qərbdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Xatırladaq ki, dekabrın 17-də ABŞ Geoloji Xidməti Vanuatu sahillərində 7,4 maqnitudalı zəlzələ baş verdiyini bildirib. Hadisə nəticəsində Yeni Zelandiya, ABŞ, Fransa və bir sıra digər ölkələrin səfirliklərinin yerləşdiyi binalara ziyan dəyib. Sinxua agentliyinin məlumatına görə, təbii fəlakət nəticəsində iki Çin vətəndaşı həlak olub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər