Rusiyanın Sankt-Peterburq şəhərində bankomatı partlatmaqda şübhəli bilinən 1956-cı il təvəllüdlü qadın saxlanılıb.
Teleqraf.com yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "SHOT" "Telegram" kanalı məlumat yayıb.
Məlumatda deyilir ki, hadisədən sonra bankın yaxınlığında yaşayan qadın həbs edilib. Saxlanılan şəxs barəsində terrorçuluq maddəsi ilə cinayət işi başlanıb.