10 Mart 2015 17:56
604
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəisi Əşrəf Şıxəliyev Nyu-Yorkda BMT baş katibinin köməkçisi, BMT İnkişaf Proqramının (BMT İP) Xarici Əlaqələr və Vəkillik Ofisinin rəhbəri Maykl O’Neillə görüşüb.

XİN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, görüş zamanı Ə.Şıxəliyev AİDA-nın fəaliyyət istiqamətləri və həyata keçirdiyi beynəlxalq layihələri barədə məlumat verib. Tərəflər müxtəlif sahələrdə, eləcə də ebola epidemiyası ilə mübarizədə AİDA və BMT İP arasında əməkdaşlıq münasibətlərinin daha da dərinləşməsi məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Ə.Şıxəliyev BMT-nin Kapitalın İnkişafı Fondunun icraçı katibinin müavini Havyer Mişonla da görüşüb. Görüş zamanı tərəflər informasiya və kommunikasiya texnologiyaları, maliyyə xidmətləri, su təchizatı və sanitariya sahələrində qarşılıqlı əməkdaşlıq imkanlarını müzakirə ediblər.

Agentlik rəhbərinin son görüşü BMT İP-in administratorunun köməkçisi, BMT İP-in Proqram Siyasəti Ofisinin direktoru Maqdi Martinez-Solimanla görüşüb. Tərəflər müxtəlif sahələrdə, o cümlədən Afrika ölkələrində ebola epidemiyasının qarşısının alınması istiqamətində qarşılıqlı əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparıblar.

Səxavət


Müəllif: