11 Mart 2015 23:22
952
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bəzi xüsusi orqanlar xaricdən maliyyə ayırırlar ki, Azərbaycan gənclərini yerindən tərpətsinlər”

Bunu Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) 2014-cü il üzrə hesabat konfransında çıxışı zamanı Millət vəkili Hadi Rəcəbli bildirib.

Onun sözlərinə görə, Azərbaycanın dövlət siyasətində gənclərlə bağlı məsələyə xüsusi önəm verilir: “Bu sahədə hüquqi baza ilbəil təkmilləşir və bir neçə qanun qəbul olunub.

Gənclər siyasətində məqsəd bizim genefondumuzun qorunmasıdır. Çalışmalıyıq ki, gənclərimiz “elektron müharibədə” fəal iştirak etsinlər. Bəzi xüsusi orqanlar xaricdən maliyyə ayırırlar ki, Azərbaycan gənclərini yerindən tərpətsinlər. Amma Azərbaycan gəncləri bu prosesləri görür və yalnış çağırışlara layiqli cavab verə bilirilər. Gənclər siyasətində başlıca istiqamətlərdən biri zərərli vərdişlərə qarşı mübarizədir. Bununla bağlı maliyyəyə ehtiyac duyulur. Kənddə iş yerlərinin yaradılması ilə dövlət müəyyən işlər görməlidir”.

İlhamə


Müəllif:

Oxşar xəbərlər