Milli Məclisin deputatları Siyavuş Novruzov və Rauf Əliyev NATO Parlament Assambleyasının 88-ci Rouz-Rout seminarında iştirak etmək üçün martın 30-dan aprelin 3-dək Serbiyanın paytaxtı Belqradda səfərdə olacaq.
Teleqraf.com xəbər verir ki, seminarda Qərbi Balkanlarda regional əməkdaşlıq, korrupsiya və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə, müdafiə idarəçiliyi sahəsində islahatlar, habelə Yaxın Şərqdə, Şimali Afrikada xarici döyüşçülərin iştirakı və digər mövzular ətrafında müzakirələr aparılacaq. Millət vəkilləri müzakirəyə çıxarılan məsələlər barədə öz fikirlərini açıqlayacaq.
Nemət