30 Mart 2015 18:30
802
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əli Kərimli və onun dəstəsinin üzvüləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların bu gün Fransada yüksək şəraitdə yaşmasını təmin olunmasını da təbii qarşılamalıyıq”.

Teleqraf.com xəbərinə görə, bu fikirləri BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı sosial şəbəkədəki profilində Natiq Ədilovun Fransadan sığınacaq alması ilə bağlı statusunda yazıb: “Bu gündən məşhur video sahibi olan Natiq Ədilov da Fransada yaşayacaq. Bütün günü gənclərin başını xarab edib "bu yaxınlarda hakimiyyətə Əli Kərimli gəlir və hər birinizə vəzifə verəcəyik" deyən adamın səsi Fransadan gəlir. Budur bunların riyakarlığı. Əli Kərimli hakimiyyətə gəlirdisə, sən Fransada nə gəzirsən?! Həmişə demişəm, bu adamlar yalançı və saxtakardılar! Yalnız öz maraqlarına xidmət edirlər. 5-10 gənci aldadıb öz siyasətlərinin qurbanına çevirənlərin iç üzləri açılmaqdadır. Bu adamlar saxta müxalifətçilik edib, özlərinin həyat şəraitini dəyişdirirlər. Özləri də yaxşı bilirdilər ki, bunların hakimiyyətə gəlmələri xam xəyaldır. Natiq kimi adamlar sübut edir ki, Əli Kərimlinin yanında olmağın 3 faydası var: 1. Yaxşı qiymətə satılmaq; 2. Xaricə informasiya verib və oradan gələn sifarişləri yerinə yetirib dolanmaq; 3. Xaricdə yaxşı yaşamağın yolu. Kərimlinin təsirinə düşən gənclər başa düşməlidirlər ki, bu adamlar ancaq öz həyat şəraitini yaxşılaşdırmaq üçün "radikal müxalifət" libası geyinirlər. Əli Kərimli öz həmyerlilərini, qohumlarını, ən yaxın adamlarını- Qənimət Zahidi, əmisi uşaqlarını, Natiq və s. şəxslərin Fransada yaşamasını təşkil edir. Maraqlıdır, niyə bunlar Fransaya gedirlər? Hər kəs bilir ki, Azərbaycanın düşməni olan Ermənistanın Fransada çox güclü lobbisi var. Və Fransa dövləti də hər zaman Ermənistana açıq dəstək verməkdən çəkinməyib. Əli Kərimli və onun dəstəsinin üzvüləri hər zaman Azərbaycan dövlətinin milli maraqlarına zərbə vurublar. Bu adamların da bu gün Fransada yüksək şəraitdə yaşmasını təmin olunmasını təbii qarşılamalıyıq... Bu Əli Kərimlinin əsl simasını göstərən faktlardan biridir”.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər