8 Aprel 2015 17:44
848
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistanda əsgər analarının yaratdığı “Mayreri viştı” (“Anaların ağrısı”) təşkilatı hakimiyyət üçün ciddi siqnaldır”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov deyib.

R.Musabəyov bildirib ki, bu fakt Ermənistanda vəziyyətin çox gərgin olmasının təzahürüdür. Onun sözlərinə görə, işğalçı ölkə xeyli əvvəl ordusunun yüksək səviyyədə olmasını iddia edirdi.

“Ancaq baş verən hadisələr onların iddialarını alt-üst edir. Erməni hakimiyyəti yalnız özlərini aldatmaqla məşğuldur. Sonradan isə onlar hər şeyi Azərbaycanın üzərinə atmaqla yaxalarını kənara çəkməyə çalışırlar. Ermənistanda əsgər anaları tərəfindən belə bir təşkilatın yaradılması artıq erməni cəmiyyətinin hakimiyyətə qarşı etirazlarının gücləndiyini göstərir”, – deyə deputat qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər