10 Aprel 2015 13:37
659
12 Punto 14 Punto 16 Punto 18 Punto

““Nyu-York Times” qəzetində məqalə ilə çıxış edən Set Kuqel adlı şəxs Azərbaycanın Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib və Azərbaycan Respublikasının “Dövlət sərhədi haqqında” qanununu pozub”.

Teleqraf.com-un məlumatına görə, bunu “Nyu-York Tayms” qəzetində dərc olunmuş məqaləyə və müəllifin işğal olunmuş ərazilərə səfərinə münasibət bildirən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib: “Bu şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən bu məqaləsi əslində “Nyu-York Tayms” qəzetinin oxucu auditoriyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir. Belə bir yazının “Nyu-York Tayms” qəzetində özünə yer alması təəssüf doğurur.

Erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən islam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb.

İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən “Nyu-York Tayms” qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır. Bu şəxsin adı arzuedilməz şəxslər siyahısına daxil ediləcək”.

Səxavət


Müəllif:

Oxşar xəbərlər