13 Aprel 2015 20:38
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib.

Partiyadan “Report”a verilən məlumata görə, iclasda qərarların icrası və görülən işlər barədə məlumat verilib.
Aprelin 19-da saat 16:00-dan 18:00-dək Bakı şəhərində metronun “20 Yanvar” stansiyası yaxınlığındakı meydandan başlayaraq, Həsən bəy Zərdabi küçəsindən keçməklə yürüşün keçirilməsi ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edilməsi və yürüşün təşkilinə dair məsələlər müzakirə olunub. Bu aksiya ilə əlaqədar siyasi partiyalara, qurumlara və gənclər təşkilatlarına müraciət edilməsinin məqsədəuyğunluğu qeyd edilib.

Toplantıda həmçinin dinin dövlətdən ayrı olduğu, siyasətə qarışmadığı müasir dövrdə Roma Papasının qondarma “erməni soyqırımı” ilə bağlı verdiyi açıqlamasının beynəlxalq konvensiyalara zidd olmaqla yanaşı, Qarabağ probleminin həlli istiqamətindəki diplomatik səylərə zərbə olması və konfessiyalararası münasibətlərin pozulması baxımından narahatlıq doğurduğu qeyd olunub.

Sonda cari məsələlərə baxılıb.


Müəllif:

Oxşar xəbərlər