14 Aprel 2015 11:19
1 015
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərdar Cəlaloğlu: “Əgər dialoq satqınlıqdırsa, niyə xaricilərin iştirakı ilə on dəfə iştirak etmisən?”

AXCP-yə yaxın media ADP sədri Sərdar Cəlaloğlunu hədəfə alıb. Qeyd edilib ki, S.Cəlaloğlu 2005-ci ildə iqtidarla anlaşmaq istəyib, lakin AXCP və Müsavat buna imkan verməyib.

Məsələyə münasibət bildirən ADP sədri Sərdar Cəlaloğlu deyib ki, bütün bunları təbii qarşılayır: "Azadlıq" qəzetində jurnalist yoxdur, onlar Əli Kərimlinin sifarişlərini yerinə yetirirlər. Odur ki, barəmdə yazılanlar Əli Kərimlinin mövqeyidir. Əli Kərimli satqın olub. Bu adam Azərbaycan müxalifətini parçalayıb, Elçibəyin sağlığında onu, apardığı siyasətə qarşı çıxıb, iki dəfə müxalifət adına parlamentdə əyləşib. Bu günə qədər əməkdaşlıq etdiyi partiyaları satıb, yarı yolda qoyub".

S.Cəlaloğlu daha sonra bəzi faktları açıqlayıb: “2005-ci ildə Əli Kərimli dedi ki, icazə verin, sizin siyasi dialoq təşəbbüsünüzə biz də qoşulaq, birlikdə dialoqun tərəfi kimi çıxış edək. Mən də cavab verdim ki, şəxsi və ya partiya davası eləmirəm, dialoqu demokratik prosedur kimi görürəm. Həmin gün Əli Kərimli, Lalə Şövkət, Əli Əliyev və mənim imzamla bəyanat verdik, ifadə etdik ki, "Azadlıq" bloku siyasi dialoqun tərəfi kimi çıxış edir. Bundan sonra Müsavat bu təşəbbüsə qarşı hücumlara start verdi. Bir neçə gün sonra Əli Kərimli mənə dedi ki, bizə hücum edirlər, ideyanın müəllifi sənsən, biz geri çəkilək, sən isə təşəbbüsü davam etdir. Əgər müvəffəqiyyət olarsa, sonradan biz də prosesə qoşularıq. Bu söhbətdən sonra mən ADP-yə qayıtdım, onlar isə iclas çağırıb məni “Azadlıq” blokundan çıxardılar. Bu, həmin Əli Kərimli deyil?"

ADP sədri qeyd edib ki, başı elmi işlərə qarışdığı üçün ucuz siyasi şoularda iştirak etmir: “Xariclərin yanında dialoq tərəfdarı olduğunu deyir, görəndə ki, dialoq yoxdur, satqınlıq ittihamlarına başlayır. Əgər dialoq satqınlıqdırsa, niyə xaricilərin iştirakı ilə on dəfə iştirak etmisən? İki dəfə deputat olmusan, partiyan, qəzetin qara yollarla yüksək səviyyədə maliyyələşib. Əli Kərimlinin gözü ilə satqınlıq nəsə qazanmaqdırsa, siyasətdə ondan başqa heç kim qazanmayıb. Bu adam Əbülfəz Elçibəyi, Etibar Məmmədovu, İsa Qəmbəri, Lalə Şövkəti satıb. Özü mənə demişdi ki, Azərbaycanda hamı onu satqın kimi tanıyır”.

CAVİDAN


Müəllif:

Oxşar xəbərlər