14 Aprel 2015 12:32
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

BQP sədri, millət vəkili Fazil Mustafa Milli Məclisdə çıxışı zamanı Roma Papasının sərt tənqid edib: “Onlarda o qədər vəhşilik olub ki, indi də erməni vəhşiliyi ilə həmrəy olurlar. Bizdə də milli həmrəyliyə ehtiyac var. Bu yaxınlarda biz təklif etdik ki, 24 apreldə Bakıda Çanaqqala zəfərini qeyd edək. Buna reaksiya verilmədi. Bu, strateji məsələdir”.

Teleqraf.com xəbər verir ki, deputat Fəzail Ağamalı isə deyib ki, Azərbaycana qarşı fəaliyyət göstərən xarici və daxili qüvvələr birləşib: “Onlar Avropa Yay Olimpiya Oyunlarına mane olmaq istəyirlər. Ancaq məqsədlərinə çatmayacaqlar. Onlar müxtəlif idman qruplarına müraciətlər edərək bu tədbirə qatılmamalarını istəyirlər. Bunun adı nədir? Əlbəttə, bu, xəyanətdir”.

Ağamalı da Papanı tənqid edib: “Haqqa və ədalətə söykənməli olan bu dini lider saxtakarlığın yanında yer alır. Doğurdanmı ona bəlli deyil ki, Azərbaycanın 20 faiz torpağı işğal edilib, Xocalıda qətliam törədilib. Bəyəm, Papa bunu bilmirmi? Bilirsə, nədən buna reaksiya vermir? Mən Papanı haqqın və ədalətin yanında olmağa dəvət edirəm”.

Nemət


Müəllif:

Oxşar xəbərlər