Milli Məclis “Xəzər dənizinin Azərbaycan sektorunda Abşeron yarımadası ətrafında dayazsulu sahənin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında” Dövlət Neft Şirkəti ilə BP Eksploreyşn (Azərbaycan) Limited və ARDNŞ arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə qanun layihəsini müzakirə edib.
Teleqraf.com xəbər verir ki, layihə haqqında deputatlara vitse-spiker Valeh Ələsgərov məlumat verib.
Sabir Rüstəmxanlı: “Biz nədən bu əraziləri şərik işləməliyik”
Deputat Sabir Rüstəmxanlı isə deyib ki, sözügedənm ərazidə vaxtilə qazıntı və araşdırma işləri aparılıb: “Azərbaycan son 25 ildə böyük təcrübə qazanıb. SSRİ zamanı əsas neft sənayesi burada idi. Belə olan halda biz nədən bu əraziləri şərik işləməliyik. Mən ovcumuzun içində olan sahələrin şərikli işlədilməsini anlamıram. Əgər bu siyasi məqsədlə edilirsə, gəlin, bunu müzakirə edək. Biz Əsrin Müqaviləsini imzalayanda düşünürdük ki, bu şirkətlər Qarabağ məsələsində bizə dəstək verəcəklər. Ancaq bu dəstək ya olmadı, ya da çox zəif oldu. Bu şirkətlərin də mənsub olduğu dövlətlər Ermənistanı müdafiə edirlər. Belə çıxır ki, bizim çörəyimizin duzu yoxdur. Mən Valeh Ələsgərovun təqdimatına hörmətimi ifadə etməklə yanaşı bu fikirlərimi demək istədim”.
Valeh Ələsgərov: “133 milyon xərcləyib getdilər, bizdə 27,9 milyon qazandıq”
Valeh Ələsgərov xatırladib ki, bu suala 34 dəfə cavab verib: “Neftçala, Kür boyunca olan yataqların, Lənkəran-Talış Dəniz Kontraktını təsdiq edəndə bu haqda danışdıq. Lənkəran dəniz kontraktı 1997-ci ildə imzalandı və 2003-cü ildə kontrakta xitam verildi. Bu müddət ərzində xarici tərəfdaşlar 133 milyon dollar maliyyənni kəşfiyyat işlərinə xərclədilər. Azərbaycanda 29,7 milyon dollar vəsait qazandı. Tərəfdaşlarbda heç nə tapmadılar və çıxıb gertdilər. Bizim burada itirdiyimiz nə oldu? Əksinə, biz 29,7 milyon dollar qazandıq. İkincisi də, biz başqa şirkətin hesabına məlumat aldıq. Biz sizdən az vətənpərvər deyilik”.
Valeh Ələsgərov əlavə edib ki, onlar açıq və şəffaf müzakirələr aparır və bu açıq formada olur. Bu müzakirələr olmasa, deyəcəksiniz ki, deputatların xəbəri olmadan müqavilə bağlandı, milli sərvətlər əldə getdi və s.
Sonda deputatlar qanun layihəsini qəbul ediblər.
Nemət