16 Aprel 2015 11:30
1 249
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Avropa Parlamentinin qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qərara görə Türkiyə hökumətini qınayıb.

Teleqraf.com xəbər verir ki, F.Mustafa Avropa Parlamentinin qərarının gözlənilən olduğunu deyib: "Hər halda gözlənilən idi. Ancaq bu qərarı qəbul edən avropalı axmaqlar Rusiya ilə problemlərin çözülmədiyi bir vaxtda yeni cəbhə açmağı özlərinə uyğun gördülərsə, indi Türkiyənin alacağı qərar çox daşları yerinə oturda bilər. Ancaq Türkiyənin də sağlam və rasional qərar alacağını gözləmək bir qədər çətindir. O vəziyyətə gəlib çıxmışıq ki, Türkiyə siyasətinin konturlarını izləmək üçün ilk öncə Etyen Mahçupyanın açıqlamalarına diqqət yetirirəm. Sonra rəsmi şəxslərin, partiya liderlərinin açıqlamalarına baxıram. İndi hansı addımı atacaqlar? Mahçupyan nə fikirləşir? Erməni Soyqırımın Türkiyə Parlamentində tanınması üçün orada neçə erməni və PKK-kürd vəkili sayı tamamlanmalıdır? Hər dəfə deyirik ki, Azərbaycan bu mövzuda Türkiyəyə dəstək verməlidir, indi rəsmi Türkiyə özü erməni ağlı ilə oturub- durursa, biz hansı fədakarlığı edə bilərik? Türkiyədəki yönətici qardaşlarımıza üz tutub demək istəyirsən ki, bəylər, erməniləri boynunuzda oturtrmaq siyasətiniz iflasa uğradı, kənarda hamı öz qərarını verib, populist çıxışlarla bu qərarı dəyişmək olmaz, hətta Roma Papasının pedofil dəstəsi də Türkiyəyə gəlib ermənilərin yağ-bal içərisində yaşadığı vəziyyəti görəndən sonra fikir dəyişməyibsə, izafi izahatlara ehtiyac qalmır. İndi birinci addım kimi, başlayın addım-addım qeyri-qanuni miqrasiya etmiş erməniləri ölkədən çıxartmağa".

F.Mustafaya görə, Xocalı hadisələrinə "qətliam" deyib aradan çıxmaq düzgün deyil: "Xocalı hadisələri parlamentdə soyqırımı kimi tanıyın. Sərhədlərin bundan sonra açılmasının mümkün olmayacağını bəyan edin və sairə və ilaxır. Biz də bu addımları, siyasəti cani-könüldən dəstəkləyək".

Ayxan


Müəllif:

Oxşar xəbərlər