Məlum olduğu kimi, müxalif qüvvələrin toplaşdığı Milli Şura mütəmadi olaraq Avropa Birliyinin, ATƏT-in, Avropa Şurasının ölkəmizlə bağlı istənilən mənfi addımını birmənalı dəstəkləyir.
İki gün bundan öncə Avropa Parlamenti toplaşaraq saxta erməni "soyqırımı" haqqında qətnamə qəbul edib. Sözügedən qətnamədə Türkiyədən tələb edilib ki, "genosid" etiraf edilsin, ermənilərdən üzr istənilsin və sərhədlər açılsın.
Artıq iki gündən çoxdur ki, Azərbaycan ictimaiyyəti Avropa Parlamentinin bu qərarına qəti şəkildə etiraz edir, bunun qəbul edilməz olduğunu bildirir. Müsavat və digər partiyalar qətnaməyə mənfi münasibətini ifadə edib.
Nəhayət, dünən Milli Şura üzə düşərək bir bəyanat verib, Avropa Parlamentinin qərarını tənqid edib, bu sənədin əsassız olduğunu ifadə edib.
Bu qurum düşünüb ki, qətnaməni tənqid etməsə, bir qədər də nüfuzdan düşəcək.
Cavidan