23 Aprel 2015 13:02
757
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Müsavat Partiyasının Məclisi Vurğun Əyyubun bu partiyadan deputatlığa namizədi olmasını istəyə də bilər, istəməyə də. Amma çox güman ki, Məclis Vurğun Əyyuba "yox" deyəcək".

Bunu Teleqraf.com-a açıqlamasında Müsavat Partiyası Təşkilat Komitəsinin sədri Razim Əmiraslanov bildirib. Onun sözlərinə görə, Suraxanı rayon təşkilatının V.Əyyubun namizədliyini irəli sürməsi heç nəyi həll etmir: " Suraxanı rayon təşkilatı istənilən şəxsin namizədliyini təklif edə bilər. Amma Məclis təsdiqləməsə həmin şəxs partiyanın siyahısından namizəd ola bilməz. Çox güman ki, Vurğun Əyyub Müsavat Partiyasından namizəd ola bilməyəcək".

V.Əyyub isə bildirib ki, onun namizədliyini Suraxanı rayon təşkilatı irəli sürüb və buna görə də təşkilat üzvlərinə təşəkkürünü bildirir: "Əgər Müsavat Partiyasının Məclisi mənim namizədliyimi qəbul etmək istəmirsə, bu, artıq partiyanın problemidir. V.Əyyub onu da qeyd edib ki, o, 2005-ci il parlament seçkilərində də Suraxanı rayonundan namizədliyini irəli sürüb. Qarşıdakı seçkilərdə iştirakla bağlı hələ qərar verməyib: "Mən ötən seçkilərdə təbliğat-təşviqat mərhələsində Müsavat rayon təşkilatının sədri Rövşən Dəmirlinin böyük hörmət və nüfuz sahibi olduğunu şəxsən müşahidə etmişəm. Qarşıdan gələn parlament seçkilərində Rövşən bəy iştirak etmək istəsə, məmnuniyyətlə onun qələbə çalması üçün var gücümlə çalışardım".

Ayxan


Müəllif:

Oxşar xəbərlər