27 Aprel 2015 17:28
654
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Şurası Nazirlər Komitəsinin sədri, Belçika Krallığının baş nazirinin müavini, xarici işlər, xarici ticarət və inkişafa yardım naziri Didier Reinders aprelin 27-29-da Azərbaycanda səfərdə olacaq.

Teleqraf.com xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Səfər çərçivəsində aprelin 28-də D.Reindersin Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşü nəzərdə tutulub. Görüşdən sonra birgə mətbuat konfransı keçiriləcək.

Səxavət


Müəllif:

Oxşar xəbərlər