28 Aprel 2015 13:40
668

Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumu böyük uğurlara nail olacaq.

Trend-in məlumatına görə, bunu ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçılarına müraciətində deyib.

Sabiq dövlət katibi müraciətində tədbir iştirakçılarına uğurlar arzulayıb və Forumun böyük nailiyyətlər əldə edəcəyinə əminliyini bildirib.

O qeyd edib ki, Forum daha çox aktual olan çağdaş problemlərin müzakirəsi və həlli məqsədilə bütün dünyadan intellektualları bir araya toplayır.

H.Kissincer vurğulayıb ki, keçmiş dünya ənənələrinin yoxa çıxması və yeni ənənələrin yaranmasını nəzərə alarkən, bu Forum dünyanı gələcək nəsillər üçün daha münasib bir məkana çevirmək üçün imkanlar yaradır.


Müəllif: