Səbail rayonu Yüzbəy Mürsəlov 147 ünvanında yaşayan bir qrup sakin həmin rayonun 29-cu seçki dairəsindən millət vəkili seçilmiş Fuad Muradova müraciət ünvanlayıb.
Teleqraf.com-un xəbərinə görə, müraciətdə bildirilib ki, adıçəkilən ünvanda baş verən yanğın zamanı binadakı bir sıra mənzillərə ciddi zərər dəyib.
Hadisə baş verən ünvana gedən millət vəkili sakinlərlə görüşüb və vəziyyətlə yerində tanış olub. Məlum olub ki, yanğın zamanı 2 mənzil tam yarasız hala düşüb. Ümumilikdə binada 10 mənzilə ziyan dəyib. Sakinlər millət vəkilinə yazılı müraciət edərək problemlə bağlı köməklik istəyiblər. Bina sakinləri ilə görüş zamanı F.Muradov bildirib ki, məsələ ilə bağlı aidiyyatı qurumlar məlumatlandırılacaq. Sakinlərin sosial vəziyyətini və binaya dəymiş ziyanın böyük həcmdə olduğunu nəzərə alaraq millət vəkili F.Muradov Baş nazirə müraciət ünvanlayacağını diqqətə çatdırıb.
BƏXTİYAR