29 Aprel 2015 17:01
694
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Uydurma erməni soyqırımı ilə bağlı Ermənistanda keçirilən tədbirdə Minsk qrupunun həmsədr dövlətlərinin başçılarının iştirakı təəssüf doğurur”.

Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

E.Məmmədov bildirib ki, Fransa və Rusiyanın dövlət başçısı səviyyəsində bu tədbirdə iştirakı işğalçı Ermənistana dəstəkdir. Onun sözlərinə görə, tarixi bilərəkdən saxtalaşdırmaq cəhdi siyasi məqsədlər daşıyır.

“Bəzi dövlətlər geosiyasi maraqlarına görə, ermənilərdən alət kimi istifadə edirlər. Bu səbəbdən də Azərbaycanın torpaqlarının işğaldan azad olunması üçün təcavüzkar Ermənistana qarşı ciddi tədbirlər görülmür. Təəssüf ki, dünyada ədalətsizlik hələ də davam edir. Belə getsə, Azərbaycan problemi öz gücünə həll etməli olacaq”, – deyə E.Məmmədov qeyd edib.

Səxavət


Müəllif:

Oxşar xəbərlər