13 May 2015 15:54
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azadlıq - 2015" seçki bloku Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında növbəti toplantısını keçirir.

Teleqraf.com-un KXCP sədri Mirmahmud Mirəlioğludan aldığı məlumata görə, toplantıda ölkədəki ictimai-siyasi durum, qarşıdan gələn parlament seçkiləri, həmçinin növbəti iqtidar-müxalifət dialoqu müzakirə olunacaq. "Toplantıda qərara gələcəyik ki, iqtidar-müxalifət görüşündə hansı təkliflərlə çıxış edək. Əlbəttə ki, təkliflərimiz olacaq. Toplantının yekunları barədə ictimaiyyətə geniş məlumat verəcəyik".

Qeyd edək ki, iqtidar-müxalifət dialoqu mayın 15-də saat 11:00-da Beynəlxalq Mətbuat Mərkəzində keçiriləcək.

Ayxan


Müəllif:

Oxşar xəbərlər