14 May 2015 10:27
1 141
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müsavat Partiyasının tanınmış üzvü Vurğun Əyyubun partiyadan çıxarılması ilə başlanan istefalar davam edir.

Teleqraf.com-un məlumatına görə, Müsavatın Xətai rayon təşkilatının 55 üzvü bəyanat yayaraq partiyadan istefa verib.

Üzvlər bəyanadta qeyd ediblər ki: “partiya rəhbərliyinin Nizamnamədən kənar addımlarını, fədakar, "Müsavatçılıq" ideologiyasına bağlı üzvlərə qarşı təhqir, böhtan və iftira kampaniyasını pisləyərək, hazırkı rəhbərliyi tənqid edən, verilən qərarlara etirazını bildirən partiyanın nüfuzlu və aparıcı qüvvəsini təşkil edən müsavatçıların müxtəlif bəhanə və yollarla partiyadan uzaqlaşdırılmasına etiraz edərək, növbədənkənar qurultayın çağırılıb azad, ədalətli seçkilər əsasında legitim rəhbərliyin formalaşmasınadək partiyadakı fəaliyyətimizə xitam veririk”.


Müəllif:

Oxşar xəbərlər