14 May 2015 14:18
739
12 Punto 14 Punto 16 Punto 18 Punto

“I Avropa oyunlarında bütün dünyanın diqqəti Azərbaycanda olacaq”.

Teleqraf.com xəbər verir ki, bu barədə Müsavat Partiyasının başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında deyib.

A.Hacılı qeyd edib ki, iqtidar-müxalifət dialoqunu dəstəkləyirlər: “Bu cür təmaslar ölkə üçün vacibdir. Məni də sabah keçiriləcək görüşə dəvət ediblər. Müzakirələr I Avropa Oyunları haqda olacaq. Qeydiyyatdan keçmiş bütün siyasi partiyalar ora dəvət ediliblər. Hesab edirik ki, iqtidar-müxalifət dialoqu vacibdir. Biz də belə dialoqda iştirak etməyə hazırıq. Sadəcə olaraq, bütün tərəflərin təklifləri qəbul olunmalıdır. Bizim təkliflərimiz də var. Təkliflərimizdən biri “Şərq tərəfdaşlığı” ilə bağlıdır”.

Ruslan


Müəllif:

Oxşar xəbərlər