18 May 2015 19:54
931
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ellada Məmmədlinin Müsavat Partiyasından çıxarılması özbaşınalığın pik nöqtəsi və sırf nizamnamə pozuntusudur”.

Bunu ADR hərəkatının Məclis üzvü, müsavatçı Əli Rza deyib.

Onun sözlərinə görə, E. Məmmədli milli azadlıq hərəkatı başlanan gündən bu günə kimi azadlıq mücadiləsinin önündə olan fədakar bir insandır: “Göstərdiyi fədakarlıq nümunəsinin bəhrəsi olaraq Müsavat Qadınlar Birliyinin sədri seçilib. Amma Arif Hacılı kişilik edib Ellada xanımı partiyadan xaric edib. Bunun bir adı var, ar olsun. Müsavat bərabərlik deməkdir. Arif Hacılı, sən bunu bilməlisən. Bu bir daha sübut etdi ki, Müsavat Partiyası bir qrup insanların inhisarına keçib. Ellada xanımın da o biriləri kimi günahı ancaq ADR-də fəaliyyət göstərməsidir”.

ADR Məclisinin üzvü Müsavatın tarixində partiyaya Arif Hacılı qədər zərbə vuran ikinci şəxsin olmadığını qeyd edib.

“Kənardan nə qədər rəzil və cılız göründüklərinin fərqinə varmırlar. Azərbaycan millətinin mentaliteti qadını aşağılamağa, yaxud qəlbini qırmağa icazə vermir. Müsavat tarixində partiyaya Arif Hacılı qədər zərbə vuran olmayıb. Hesab edirəm ki, bundan sonra da olmayacaq. İqtisadçı, gənc alim Qubad İbadoğlunun zəkası qarşısında tab gətirə bilmədiklərini etiraf etməlidirlər. Onlar çıxış yolunu ancaq partiyada xaric etməkdə görürlər. Arif Hacılı, indi növbə kimindir?” - deyə o, Müsavat başqanına müraciət edib.

Ə. Rza Ellada Məmmədliyə sonuna qədər dəstək verəcəklərini vurğulayıb.


Müəllif:

Oxşar xəbərlər