Partiya vəfat edənlərin yaxınlarının yanında olduğunu ifadə edib
Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə bu gün səhər saatlarında Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında yerləşən yaşayış binasında baş verən yanğına münasibət bildirib.
AMİP sədri yanğın zamanı dünyasını dəyişən insanların yaxınlarına dərin hüznlə başsağlığı verib, onların kədərini bölüşdüyünü, partiyanın bu şəxslərin yanında olduğunu ifadə edib. Eyni zamanda yanğın hadisəsi zamanı xəsarət alan vətəndaşlara şəfa diləyərək onların tezliklə sağalmasını arzu edib.
AMİP sədri bu cür hadisələrin yenidən baş verməməsi üçün tədbirlərin görülməsinin vacibliyini vurğulayıb. Qeyd edib ki, aidiyyəti orqanlar bu hadisənin baş vermə səbəblərini araşdırmalı, günahkarlarlarla bağlı tədbirlər həyata keçirməlidir. Onun fikrincə, bu cür üzlüklər çəkilən bütün yaşayış binalarına diqqət olunmalı, anoloji yanğınların baş verməməsi üçün bütün addımlar atılmalıdır. Yusif Bağırzadə qeyd edib ki, I Avropa Yay Oyunları öncəsi bu kimi halların baş verməsi ürəkaçan hadisə deyil.
Nemət