19 May 2015 19:44
746
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan dünyaya açıq ölkədir”. Bu fikri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

S.Seyidov bildirib ki, Azərbaycan terrorizm və işğalla, bu işğal nəticəsində milli mədəniyyət nümunələrinin bir hissəsinin məhv edilməsi ilə üzləşib. Onun sözlərinə görə, biz digər mədəniyyətlərin vacib olduğunu qəbul etməliyik.

“Əsrlər boyu ruslar, yəhudilər, talış, ləzgi və digər ektnik qruplarla birgə yaşamışıq və onlar ölkəmizdə gözəlliklər yaradıblar. Bu baxımdan, Azərbaycan dünya üçün nümunədir. Hamı çalışmalıdır ki, daha yaxşı dünya quraq”, – komitə sədri vurğulayıb.

Səxavət


Müəllif:

Oxşar xəbərlər