Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Kaluqa vilayəti üzrə mədəniyyət məsələləri müşaviri, azərbaycanlı rəssam, 75 yaşlı Sadıq İman oğlu Bağırov dünyasını dəyişib.
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Məlumata görə, mərhumla vida mərasimi Azərbaycan, Tatarıstan və Dağıstan diasporunun nümayəndələri iştirakı ilə Kaluqa şəhərində keçirilib və onun nəşi Kaluqanın Litvinski məzarlığında torpağa tapşırılıb.
Qeyd edək ki, tanınmış ictimai xadim Sadıq Bağırov 1940-сı ildə Bakı şəhərində anadan olub, 1978-ci ildən Kaluqada yaşayır. Rusiya Rəssamlar İttifaqının üzvü olan Sadıq Bağırov şəhər, vilayət, və respublika sərgilərinin iştirakçısı idi. Yaratdığı onlarla rəsm əsəri hazırda Azərbaycan, Rusiya, Ukrayna, ABŞ, Fransa, İtaliya, Almaniya, Yuqoslaviya, Polşa və Braziliyada şəxsi kolleksiyalarda saxlanılır.
Səxavət