22 May 2015 11:28
789
12 Punto 14 Punto 16 Punto 18 Punto

Polşanın Baş nazirinin müavini, İqtisadiyyat naziri Yanuş Pexoçinski 22-ci Xəzər Beynəlxalq “Caspian Oil and Gas” sərgisi və konfransında iştirak etmək üçün Azərbaycana gələcək. Bu barədə Teleqraf.com-a Polşanın Bakıdakı səfirliyindən məlumat verilib.

Səfər çərçivəsində Polşanın Baş nazirinin müavini Azərbaycan hökuməti ilə bir sıra görüşlər keçirməyi və iqtisadi sahədə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə etməyi planlaşdırır.

Polşa hökuməti Azərbaycana sərmayə qoymaq imkanlarını nəzərdən keçirir. Xüsusilə aqrar sektor, ərzaq məhsullarının istehsalı perspektiv sahələrdən hesab edilir. Səfirlikdən qeyd edilib ki, bu məsələlər Azərbaycan tərəfi ilə danışıqlar zamanı diqqət mərkəzində olacaq.

Azərbaycanın nəqliyyat infrastrukturu ilə əlaqəli layihələrdə iştirak etmək də Polşa tərəfi ilə əməkdaşlıqda perspektiv sahələrdən biridir.


Müəllif:

Oxşar xəbərlər