“ABŞ Avropanın enerji təhlükəsizliyində Azərbaycanın rolunu dəstəkləyir”.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Con Kerri deyib. Onun sözlərinə görə, Azərbaycanın Cənub Qaz dəhlizi vasitəsilə Avropanın enerji resursları ilə təmin etməsi təqdirəlayiq haldır.
Kerri Azərbaycan xalqını 28 May – Respublika günü münasibətilə təbrik edib: “Doxsan yeddi il bundan əvvəl Azərbaycan xalqı müsəlman dünyasında ilk dünyəvi demokratik respublika yaradıb. 1991-ci ildə Sovet İttifaqından ayrılaraq, müstəqilliyini elan etdikdən sonra ölkələrimiz Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi üçün əməkdaşlıq edirlər”.
ABŞ dövlət katibi Azərbaycanın terrorizm sahəsində əməkdaşlığını da diqqətə çatdırıb: “Bakı NATO-nun Əfqanıstandakı sühlməramlı missiyasında iştirak edir. Bu da regional və beynəlxalq təhlükəsizlik sahəsində ciddi addımlar deməkdir”.
Kerri ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə inandığını qeyd edib.
Samir